- Qayıdış
- 25 Yanvar 2021 15:00
- 7 644
Minsk Qrupu regiona səfər planlaşdırır

Həmsədrlər bu həftə Polşada görüş keçirəcək
ATƏT-in Minsk qrupu Qarabağa növbəti səfərə hazırlaşır.
AzNews.az Modern.az-a istinadən xəbər verir ki, həmsədrlər bu həftə Polşada görüş keçirəcək.
Görüş zamanı Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və İqor Popov (Rusiya) Qarabağla bağlı atacaqları növbəti addımları və Cənubi Qafqaz regionuna növbəti səfər planını müzakirə edəcək.
Sonuncu dəfə həmsədrlər dekabrın 12-14-ü tarixlərində regionda səfərdə olmuşdular.