Ermənilər 30 il həmin ərazini... Ermənilər 30 il həmin ərazini...

Ermənilərin qoyduğu pul batdı - Bu ərazi də Azərbaycanın nəzarətinə keçdi

Ermənilər 30 il həmin ərazini...

Ermənistanın Geqarqunik (Kəlbəcər ərazisi) vilayətinin sərhəd ərazisində yerləşən külək elektrik stansiyası Azərbaycanın nəzarətinə keçib.

Bu barədə hüquq müdafiəçisi Armen Tatoyan məlumat verib.

O bildirib ki, sözügedən 200 hektarlıq ərazi hökumət tərəfindən biznesmenə 30 il müddətinə icarəyə verilmişdi:

"Sonradan kadastr komitəsində iş adamının torpaq sahəsi almaq hüququ qeydiyyata alınıb. 2018-ci ildə isə şirkət elektrik enerjisi istehsal etmək üçün lisenziya almışdı. Ancaq 25 noyabrdan sonra Azərbaycan Silahlı Qüvvələri bu ərazilərə gəlib və şirkət fəaliyyətini dayandırmağı tələb ediblər". (publika.az)

AzNews.Az