Kanadada Xocalı soyqırımı haqqında video təqdim olunub

Material ingilis dilindədir

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videomaterial hazırlanıb.

AzNews.az xəbər verir ki, Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən lentə alınan məlumat xarakterli videomaterialda bəşər tarixinin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımı ilə bağlı həqiqətlər ingilis dilində hazırlanıb.

Videomaterialda Azərbaycan tarixi, çar Rusiyası tərəfindən ermənilərin Qarabağa köçürüldüyü, "böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və təcavüzkar siyasət apardıqları, terror və soyqırımlar törətdikləri barədə faktlar nəzərə çatdırılıb, Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Dünya ictimaiyyətinin bu cür dəhşətli faciənin bir daha yaşanmasına yol verməyəcəyinə ümid ifadə edilib.