Martın 20-də Şuşada rəqəmsal yarımstansiyanın tikintisi başa çatacaq Martın 20-də Şuşada rəqəmsal yarımstansiyanın tikintisi başa çatacaq

Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq

Martın 20-də Şuşada rəqəmsal yarımstansiyanın tikintisi başa çatacaq

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində diplomatik korpus nümayəndələri Laçında olublar.

AzNews.az xəbər verir ki, Laçında yerləşən "Güləbird" SES-ə baş çəkən diplomatlara SES-in əvvəlki vəziyyəti barədə məlumat verilib. "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev bildirilib ki, dekabrın əvvəllərində etibarən SES-də təmir işləri aparılıb.

O həmçinin deyib ki, bu ilin sonuna qədər Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq.

Z. Quliyev əlavə edib ki, martın 20-də Şuşada rəqəmsal yarımstansiyanın tikintisi başa çatacaq ki, oradan Xankəndinə, Laçına enerji paylanacaq.

"Azərenerji" rəsmisi Qamışlıda, Kəlbəcərdə aprel ayının sonunadək bir yarımstansiyanın tikintisinin tamamlanacağını da deyib. O, Həkəri və Tərtər çayları üzərində 27 stansiya tikilib, bərpa olunacağını bildirib.(Apa)

AzNews.az