- Qayıdış
- 27 Mart 2021 20:27
- 5 265
Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 520 nəfəri ötdü
Bu barədə Ermənistan mətbuatı xəbər verib
Cəbrayıl və Füzulidə aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 5 hərbi qulluqçusunun meyiti aşkarlanıb.
Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verib.
Qeyd edilir ki, bununla da noyabrın 13-dən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan axtarışlar zamanı meyiti tapılan ermənilərin sayı 1 523 nəfərə çatıb. Axtarışlar yaxın günlərdə davam etdiriləcək.
AzNews.az