“Erməni hərbi əsirlərin Bakıdan gözlənilən gəlişi barədə xəbərlər təxribat idi” “Erməni hərbi əsirlərin Bakıdan gözlənilən gəlişi barədə xəbərlər təxribat idi”

“Çirkin təxribat idi” - Rüstəm Muradov Ermənistan hakimiyyətini İTTİHAM ETDİ

“Erməni hərbi əsirlərin Bakıdan gözlənilən gəlişi barədə xəbərlər təxribat idi”

Bu barədə Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov “Hraparak” qəzetinə açıqlamasında bildirib.

Muradov Ermənistan rəsmilərinin niyə məhbus mübadiləsinin həyata keçiriləcəyini elan etməsi ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

“Yalanlar və təxribatlar. Onlardan soruşun. Əhalini çaşqınlığa salırlar”,- deyə R. Muradov qeyd edib.

Onun sözlərinə görə, “əsirlər”in qaytarılması planlaşdırılmamışdı, belə ki, bu, işgüzar səfər olub.

Xatırladaq ki, ötən gün Ermənistan mediasında Bakıdan növbəti hərbi əsirlərin gətirilməsi iddiası yayılsa da, daha sonra təyyarənin içində Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kimin olmadığının məlum olduğu barədə məlumat yayılıb.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə Azərbaycanda hərbi əsirlərin olmadığını bəyan edib. Hətta dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında rəsmi İrəvanın “hərbi əsirlər”lə bağlı iddiasının bir daha əsassız olduğunu açıqlayıb: “Hərbi əsirlər mövzusu artıq həllini tapıb və bu məsələ bağlanıb. 10 noyabr bəyanatından sonra da Azərbaycan öz məsuliyyətli mövqeyini sərgilədi. Azərbaycan tərəfi 10 noyabrdan sonra Ermənistana 70-dən artıq hərbi əsir verdi, Ermənistan isə Azərbaycan tərəfinə 12-ə qədər hərbi əsir qaytarıb”.