Koçaryanın oğlu da Paşinyanın üstünə yeridi: "Narkomana bənzəyir"

"Paşinyan mümkün olmayan şeyləri vəd edir"

"Nikol Paşinyan bilərəkdən insanların hissləri ilə oynayır".

Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan Teleqram kanalında yazıb.

O, baş nazir Nikol Paşinyanın bölgələrə səfərlərini tənqid edib.

"Bölgələrə gedir, sadə vətəndaşlara yalanlar danışır, mümkün olmayan şeyləri vəd edir. İnsanların qəsdən hissləri ilə oynayır, onun günahı üzündən ölən oğlanlarımızın məzarlarına yaxınlaşmağa cəsarət edir.

Paşinyan növbəti dozanı almaq üçün hər şeyə hazır olan ümidsiz bir narkomana bənzəyir. O, istədiyini əldə etmək üçün yaxınlarına yalan danışmağa, insanlara qızıl dağlar vəd etməyə hazırdır”.

AzNews.az