- Münaqişə ocağı
- 24 Aprel 2021 12:10
- 5 841
Şoyqu və Arutyunyan arasında telefon danışığı oldu

Ermənistan MN məlumat yayıb
Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
AzNews.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Telefon danışığı zamanı Ermənistan ordusunda aparılan islahatlar və Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti müzakirə olunub.
Tərəflər Rusiya-Ermənistan birgə hərbi qüvvələrinin gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.