- Münaqişə ocağı
- 27 Aprel 2021 17:53
- 3 353
Kimliyi müəyyənləşdirilən iki şəhidlə bağlı - Rəsmi açıqlama

Meyitlərin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub
Hərbi Prokurorluq Vətən Müharibəsində itkin düşən daha iki hərbçinin meyitinin şəxsiyyəti müəyyənləşdirildiyini açıqlayıb.
Qurumdan AzNews.az-a verilən məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun - əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitlərinin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.