Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası Paşinyanın namizədliyinin əleyhinə səs verib Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası Paşinyanın namizədliyinin əleyhinə səs verib

Paşinyan Baş nazir postuna yeganə namizəd seçilmədi

Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası Paşinyanın namizədliyinin əleyhinə səs verib

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanı respublikanın Baş naziri vəzifəsinə yeganə namizəd seçməyib.

AzNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, səsvermədə 75 deputat bitərəf qalıb, 3 nəfər əleyhinə, 1 nəfər isə lehinə səs verib. Bununla da Ermənistan parlamentinin buraxılma proseduru başladılıb.

Parlamentdə ən çox yerə sahib “Mənim addımım” fraksiyası səsvermədə bitərəf qalıb, müxalif “Çiçəklənən Ermənistan” fraksiyası isə iclasda iştirak etməyib.

Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası isə Paşinyanın namizədliyinin əleyhinə səs verib.