Ermənistan parlamenti fərarilərin əfvi ilə bağlı qanun qəbul etdi

Ermənistanda ölkədən xaricdə olan 5400 nəfər xidmətdən yayınma maddəsi ilə axtarılır

Ermənistan parlamenti hərbi xidmətdən yayınan vətəndaşlar üçün amnistiya qanunu qəbul edib.

AzNews.az xəbər verir ki, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsi bu gün parlamentdə ikinci və son oxunuşda qəbul edilib.

Əfv yaşı 27-dən az olan ehtiyatda olan sıravilər və hərbi çağırışdan yayınan və yaşı 35-dən az olan zabitlərə aiddir (keçən il döyüş əməliyyatları dövründə çağırış və ya təlimlərdən yayınanlar istisna olmaqla).

Amnistiya almaq üçün göstərilən yaşda olan vətəndaşlar 31 dekabr 2021-ci il tarixinədək Ermənistana qayıtmalıdırlar.

Qeyd edək ki, Ermənistanda ölkədən xaricdə olan 5400 nəfər xidmətdən yayınma maddəsi ilə axtarılır.