Şəhid baş əsgər Elməddin Vəkilov müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi Şəhid baş əsgər Elməddin Vəkilov müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi

Nəşi tapılan hərbçimiz sabah Daşkəsəndə dəfn olunacaq

Şəhid baş əsgər Elməddin Vəkilov müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi

Vətən müharibəsində şəhid olan hərbi quluqçu, baş əsgər Vəkilov Elməddin Nizami oğlu sabah Daşkəsən rayonunda dəfn ediləcək.
Aznews.az xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi doğulduğu Daşkəsən rayonuna aparılaraq Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Respublika Hərbi prokurorluğunun bu gün yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə, aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Şəhid hərbçimiz 1988-ci ildə Daşkəsən rayonunda anadan olub./APA/