“Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək” “Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”

Laçında həlak olan hərbçilərə şəhid statusu veriləcək

“Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”

Dünən Laçın rayonunda qəzaya düşərək həlak olan Dövlət Sərhəd Xidməti hərbçilərinə şəhid statusu veriləcək.

DSX-nin Mətbuat Mərkəzindən AzNews.az-a bildirilib ki, bu məsələdə qanuna uyğun olaraq addım atılacaq: “Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”.

Xatırladaq ki, hadisə hərbçilər sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında baş verib. “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu həlak olub.