Ermənistanda seçkidə atəş açıldı

Hadisə bu gün səhər saat 08:30-da qeydə alınıb

Ermənistanda seçki məntəqəsində atəş açılıb.

AzNews.az News.am-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 08:30-da qeydə alınıb.

Polis Şöbəsinə Azataşen kəndindəki seçki məntəqəsinə atəş edildiyi barədə məlumat daxil olub.

Məlum olub ki, bu seçki məntəqəsində “Çiçəklənən Ermənistan” Partiyası ilə “Verelk” Partiyasının nümayəndələri arasında mübahisə baş verib və bu zaman bir neçə dəfə atəş açılıb.

Faktla bağlı araşdırma aparılır.