Şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq Şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb

Şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Aznews.az xəbər verir ki, bu barədə şəhidin qardaşı Vüqar Əliyev məlumat verib. O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!