Hadisə Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib Hadisə Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib

Ermənistan polisi Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkar edib

Hadisə Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib

Hüquq-mühafizə orqanları Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkar ediblər.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə mayın 1-də saat 06:40-da ölkənin Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib.

Avtomobildə olan 3 vətəndaşdan biri saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Polis bir daha vətəndaşlara qanunsuz silah və sursat saxlamağa görə cinayət məsuliyyətinin olduğunu xatırladıb.