A.Qriqoryan qeyd edib ki, "Biz dəfələrlə bildirmişik ki, Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil" A.Qriqoryan qeyd edib ki, "Biz dəfələrlə bildirmişik ki, Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil"

Qriqoryan: Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası avqusta təyin edilib

A.Qriqoryan qeyd edib ki, "Biz dəfələrlə bildirmişik ki, Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil"

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ən azı bizim qanunvericiliyimizə daxil olduğuna görə bunu tanıyır. Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan MDB-nin yaradılması haqqında 1991-ci ildə imzalanmış və sonra ratifikasiya olunmuş sazişlə bir-birinin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını tanıyıb. Bu, həm Ermənistanın, həm də Azərbaycanın bugünkü qanunvericiliyinin bir hissəsidir".

APA-nın məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress"ə müsahibəsində deyib.

O bildirib ki, ərazi bütövlüyü prinsipini ikitərəfli səviyyədə də ifadə etmək lazımdır: "Dediyimiz kimi, belə bir perspektivdə bizim üçün qəbuledilməz heç nə yoxdur. Ermənistanın, bəli, Azərbaycandan heç bir ərazi iddiası yoxdur".

A. Qriqoryan deyib ki, delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının iclası Azərbaycan tərəfinin təklifi ilə avqustun ikinci yarısına təyin edilib: "Ermənistan tərəfi iyun və iyul aylarında keçiriləcək ikinci görüşə hazır idi. Biz dəfələrlə regional kommunikasiyaların açılmasına hazır olduğumuzu bəyan etmişik. Bu yaxınlarda, 2021-ci ilin dekabrında diplomatik kanallar vasitəsilə çatdırdığımız təkliflər paketi İnternetdə yayımlanıb və bu gün də bu paket qüvvədədir. Biz bir neçə başqa təklif də vermişik və “Ermənistan qovşağı” layihəsinin tərkib hissəsi olan regional kommunikasiyaların açılmasında çox maraqlıyıq. Təbii ki, layihənin şərq-qərb hissəsinin konkret marşrutu məsələsi müzakirə oluna bilər, biz heç vaxt yalnız bir variantın mümkünlüyünü vurğulamamışıq və ən səmərəli marşrutu tapmalıyıq, çünki bu marşrutun funksionallığı və cəlbediciliyi əsas məsələdir. “Ermənistan qovşağı” layihəsi bundan asılıdır. Biz Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi kommunikasiyalar üzrə üçtərəfli işçi qrupunda müəyyən irəliləyişlər müşahidə edirik və bu ruhda davam etməyə hazırıq".

"Qarabağ məsələsini yekun həll etmədən Azərbaycanla sülh müqaviləsi imzalamaq mümkündür?" sualına cavabında isə Ermənistan rəsmisi deyib: "Belə bir fikir də var. Amma indiki məqamda belə bir qərardan danışmaq tezdir".

O, əlavə edib: " Sülh gündəliyinin kulminasiya nöqtəsi təbii ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Bilirsiniz ki, Azərbaycan bununla bağlı beş bəndlik paket təqdim edib və Ermənistan Respublikası bəyan edib ki, bu bəndlərdə bizim üçün qəbuledilməz heç nə yoxdur".

A. Qriqoryan qeyd edib ki, "Biz dəfələrlə bildirmişik ki, Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil". Onun sözlərinə görə, "Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları əsasdır": "Baş nazir Paşinyan Milli Assambleyadakı çıxışlarının birində Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq ideyasını deyib. İndi biz bu variantı fəal şəkildə müzakirə etməli və necə davam edəcəyimizə qərar verməliyik.

Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsinə beynəlxalq təminat var ki, bu da Rusiya Federasiyasının sülhməramlı qoşunlarının orada olmasıdır. Biz bu zəmanətin daha da təkmilləşdirilməsi üzərində işləməliyik, lakin Qarabağ probleminin demilitarizasiyası vacib ideyadır".