Politoloq Yeganə Hacıyeva: "Onun iş ortağı, əslən Livandan olan Kanada, ABŞ və Ermənistan vətəndaşı milyader Nubar Afoyan olub" Politoloq Yeganə Hacıyeva: "Onun iş ortağı, əslən Livandan olan Kanada, ABŞ və Ermənistan vətəndaşı milyader Nubar Afoyan olub"

Erməni milyarder çirkli pul yumaq üçün Xankəndiyə köçür

Politoloq Yeganə Hacıyeva: "Onun iş ortağı, əslən Livandan olan Kanada, ABŞ və Ermənistan vətəndaşı milyader Nubar Afoyan olub"

"Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarını açıqlayıb".

Bu barədə beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva məlumat verib.

AzNews.az xəbər verir ki, Vardanyan qərarını videomüraciət formasında edərək sosial şəbəkələrdə və YouTube-da yerləşdirib.

Yeganə Hacıyeva deyib:

"3 il öncə Vardanyanın rəhbərliyi ilə Ermənistan və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması- Troika sxemi üzrə Rusiyadan 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında araşdırma ilə ifşa hesabatı dərc olunmuşdu.

Qarabağda çirkli daşınmalar, narko və silah trafiki ilə məşğul olan bu quldur həm də Qarabağın təbii resurslarının talanmasında müstəsna xidməti var.

Qarabağda talanlarda onun iş ortağı, əslən Livandan olan Kanada, ABŞ və ermənistan vətəndaşı milyader Nubar Afoyan olub.

Hər ikisi Yaxın Şərqdə silah alverçisi olan bu cütlük həm də Qarabağın qeyri-qanunu məskunlaşdırmasında aktiv iştirak edib.

Qarabağa Yaxın Şərqdən, Suriya və Livandan erməni ailələrinin köçürülməsinə bu cütlük potranajlıq edib. Vardanyan Qarabağda “ekoloji kəndlərin salınması” adı altında məxvi və şübhəli layihələr həyata keçirirdi.Məxfi və şübhəli layihələrini ört-bastır etmək üçün Qarabağa daşınır bu quldur".