Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib

Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirak etməyəcək

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Qeyd edək ki, Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılıb.