- Qayıdış
- 2 Dekabr 2022 16:45
- 3 675
Yens Stoltenberq: “Rusiya bu müharibədə qalib gəlməməlidir”
NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın paytaxtı Berlinə səfəri çərçivəsində kansler Olaf Şoltsla görüşüb.
Aznews.az Türkiyə KİV-ə istinadən xəbər verir ki,NATO-nun Baş katibi Yens Stoltenberq danışıqlardan sonra təşkil edilən birgə mətbuat konfransında Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin beynəlxalq hüquq ilə üst-üstə düşmədiyini ifadə edərək: “Müharibə səbəbindən qış daha da pisləşir. Rusiya bu müharibədə qalib gəlməməlidir. Biz Putinin NATO-nu müharibəyə sürükləməsinə imkan verməyəcəyik” deyib.
Almaniya kansleri Olaf Şolts da ölkəsinin Ukraynaya dəstəyinin NATO müttəfiqləri ilə əməkdaşlıq çərçivəsində davam edəcəyini qeyd edərək,ümumdünyada gərginliyin dərinləşməməsi üçün, NATO-nun müharibənin tərəfdarı olmemasını ifadə edib.
Mövsüm Şahsuvar