- Qayıdış
- 15 Mart 2023 18:26
- 4 883
Laçın-Xankəndi yolundan BQXK-nın maşınları keçib - FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
Aznews.az xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedən BQXK-ya məxsus avtomobillər geriyə, Xankəndiyə qaydıb.
***
09.00
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
Xankəndindən gələn BQXK-yə məxsus avtomobillər aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib. Avtomobillərdə erməni əsilli sakinlər olub./APA