- Münaqişə ocağı
- 31 Mart 18:44
- 2 037
Eko-fəallar Şuşada qarlı havada aksiyanı davam etdirir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyası davam edir.
Aznews.az xəbər verir ki, hazırda hava şəraitinin qarlı olmasına baxmayaraq, eko-fəallar aksiyanı davam etdirir. Aksiyaçılar şüarlar səsləndirərək dünya ictimaiyyətinə çağırış edir.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 110 gündür davam edir.