- Mədəni adam
- 16 Noyabr 2018 12:34
- 2 543
Dostoyevskinin "Karamazov qardaşları"na bu ölkədə - Qadağa

"Bu əsərdə müəllif Allahın mövcudluğunu araşdırır"
Rus yazıçısı Fedor Dostoyevskinin "Karamazov qardaşları" romanı yüzlərlə kitablarla yanaşı Küveytdə qadağan olunan əsərlər sırasına daxil edilib.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu əsərlər Küveytdə keçirilən Beynəlxalq ədəbiyyat festivalının proqramına salınsa da sonradan senzuradan keçməyiblər.
Bu haqda The Guardian nəşrinə festivalın rəhbəri Saad el-Anzi bildirib.
Mənbə deyir ki, son beş ildə Küveytdə 948 əsərə qadağa qoyulub.
"Karamazov qardaşları"nda müəllif Allahın mövcudluğunu araşdırır". Bunu festivalın rəhbəri deyib.
Qadağan olunan kitablar arasında Markesin "Yüz ilin tənhalığı" və Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" əsərləri də var.
Babək Göyüş
AzNews.az