Gecədə Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib Gecədə Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib

“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert keçirildi

Gecədə Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib

Noyabrın 29-da “Gənclərə dəstək” layihəsi çərçivəsində M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti konsert proqramı təqdim olunub.

AzNews.az-ın məlumatına görə, gecədə dirijor Orxan Həşimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Solistləri beynəlxalq müsabiqələr laureatı Beren Gürcüoğlu (Türkiyə, piano), Şeyda Ələsgərova (fleyta), Fəridə Ələkbərli (arfa) və Pərvin Əşari (arfa) olan konsertdə Avropa və dünya bəstəkarlarının əsərlərinə müraciət edilib.

Bir-birindən parlaq və rəngarəng kompozisiyaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.

AzNews.az