24 rəssamın 50-yə yaxın əsəri nümayiş olunacaq 24 rəssamın 50-yə yaxın əsəri nümayiş olunacaq

Əmircan rəssamlarının II sərgisi keçiriləcək

24 rəssamın 50-yə yaxın əsəri nümayiş olunacaq

7 – 9 dekabr tarixlərində Əmircan qəsəbəsindəki Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Xalq rəssamı Səttar Bəhlulzadənin 109 illiyinə həsr olunmuş Əmircan rəssamlarının II sərgisi keçiriləcək.

AzNews.az-ın məlumatına görə, sərgidə 24 rəssamın 50-yə yaxın əsəri nümayiş olunacaq.

Sərgi Azərbaycan Rəssamlar İttifaqının, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Plener Group şirkəti və RealityAz.az saytı tərəfindən təşkil edilir.

Sərgidə REALITYAZ proqramının və RealityAz.az saytının hazırladığı döş nişanının və sərginin elektron kataloqunun təqdimatı baş tutacaq. İştirakçı rəssamlar Azərbaycanda ilk dəfə elektron kataloqa sahib ola biləcəklər.

Sərginin açılış saat 17:00-da baş tutacaq. Maraqlananlar dəvətlidir.

AzNews.az