“Təhminə və Zaur”un rejissoru: “Anarın personajlarından daha dolğundur”

"Biz hər şeyi daha aydın göstərməyi bacarırıq"

“Bu, film deyil, serialdır, bunu başa düşmək lazımdır”.

Bu sözləri AzNews.az-a açıqlamasında “Təhminə və Zaur” serialının rejissoru Sain Qəhraman deyib.

Serialın filmdən kəskin fərqlənməsi haqda olan iradlarla cavab verən rejissor daha sonra əlavə edib: “Bəli, bu serial yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının motivləri əsasında çəkilib. Amma personajların xarakteri bu serialda daha dolğundu, çünki serial filmdən fərqli olaraq daha uzun müddətli olur deyə, biz hər şeyi daha aydın göstərməyi bacarırıq. Tamaşaçı Spartakı, Təhminəni, Mədinəni və başqa obrazları daha yaxından tanıyır və onlara bələd olur. Ona görə də düşünürəm ki, serial daha müasirdir və ətraflı məlumat verir”.

Qeyd edək ki, “Təhminə və Zaur” serialı həftəiçi hər gün 21:00-da ATV telekanalında yayımlanır.

AzNews.az