“Rammstein” qrupunun solisti Bakının məşhur kitab mağazasında “Rammstein” qrupunun solisti Bakının məşhur kitab mağazasında

O kitabı almasan, görüşə buraxmayacaqlar

“Rammstein” qrupunun solisti Bakının məşhur kitab mağazasında

Bakı Kitab Mərkəzində “Rammstein” qrupunun solisti Till Lindemann ilə görüş keçiriləcək.

AzNews.az-ın məlumatına görə görüş dekabrın 15-də, saat 18.00-da baş tutacaq.

Tədbirdə iştirak etmək üçün Bakı Kitab Mərkəzindən "Sakit bir gecə. Lirika" kitabını əldə etmək lazımdır. Yerlər məhdud olduğuna görə, bir kitab bir nəfər üçün giriş bileti hesab olunur. Kitabın qiyməti 25 manatdır.

“Sakit bir gecə. Lirika” Lindemannın şeirlərindən ibarət topludur.

Kitab artıq bestsellerlər sırasına daxil olub. Kitaba daxil olan şeirlərin mətnləri alman və rus dillərində də təqdim olunur. “Sakit bir gecə. Lirika”dakı füsünkar illüstrasiyaların müəllifi Till Lindemannın dostu, rəssam Mattias Mattisdir.

AzNews.az