"Bəhanə gətirib ki, guya mən onu təhqir etmişəm" "Bəhanə gətirib ki, guya mən onu təhqir etmişəm"

Rejissor işdən çıxarılmasının səbəblərini açıqladı: “Direktorla baş rejissor...”

"Bəhanə gətirib ki, guya mən onu təhqir etmişəm"

YUĞ Dövlət Teatrının rejissoru Sahib Agazadə işdən çıxarılmasının səbəblərini açıqlayıb.

Rejissor AzNews.az-a açıqlamasında bildirib ki, onun teatrdan uzaqlaşdırılmasının əsas səbəbi teatrın direktoru İslam Həsənov və baş rejissor Mehriban Ələkbərzadə arasında yaranan narazılıqlardır:

“Teatra təyin olunan yeni direktor və baş rejissor mənimlə prinsip aparırlar. Ötən ilin oktyabr ayında verdiyim müsahibələrdə teatrın rəhbərliyinə qarşı bir çox iradlar bildirmişəm. Hamı bilir ki, YUĞ-un öz dəsti-xətti və poetikası var. Bu teatrı pul qazanmaq məqsədi ilə hansısa komediya, yaxud da uşaq tamaşalarına çevirmək olmaz. Bütün bu iradlardan sonra rəhbərlik tərəfindən mənə qarşı qərəz başlayb. Teatra təqdim etdiyim hansısa əsərə dərkənar yazmamaqla, yaxud da hansısa geçikmələri bəhanə gətirərək mənə qarşı olan prinsip dünənə kimi davam edib. Sonra baş rejissorla aramızda mübahisə yaranıb. O da bəhanə gətirib ki, guya mən onu təhqir etmişəm və buna görə məndən nazirliyə şikayət edib. Yazılan şikayətlərə direktor birtərəfli münasibət bildirib, baş rejissorun tərəfindən çıxış edib. Amma işdən çıxarılmağıma başqa səbəb göstərilib.

Ötən ilin yanvar ayında avtoqəza ilə bağlı məhkəmə prosesi keçirilib və mənə hökm oxunub. Bununla bağlı 74-cü maddənin Ç bəndini əsas gətiriblər. Onlar mənim əmək qabiliyyətli olmadığımı iddia edirlər. Əlimdə qeydiyyatda olduğum ərazidən işləmək hüququmun olması ilə bağlı məktub var. Həmin məktubu teatrın rəhbərliynə və Mədəniyyət Nazirliyinə tədqim etmişəm. Amma buna baxmayaraq, onlar qeyri-qanuni olaraq, heç heç bir məlumat vermədən məni işdən çıxarıblar”.

Sahib Ağzadə qeyd edib ki, məsələni hüquq müsəvisində həll edəcək:

“Telefonuma mesaj göndəriblər ki, işdən çıxarılmısan. Ehtiyac yaranarsa, məhkəməyə müraciət edəcəyəm. Vaqif İbrahimoğlunun tələbəsiyəm, bu teatrda zəhməti olan insanam. Onların bu hərəkəti YUĞ teatrına, Vaqif müəllimə qarşı hörmətsizlikdir”.

Qeyd edək ki, YUĞ Dövlət Teatrının rejissoru Mir Sahib Agazadə işdən çıxarılıb. Teatr onun işdən çıxarılmasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən işdən azad edildiyini deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az