Gənc şairdən deputata sərt ittiham: “Mənim ideyamı mənimsəyib”

"Heç olmasa, kimdən götürdüyünü, yararlandığını deyərdi..."

“Tahir Kərimli müəllif hüquqularımı kobud şəkildə pozub”.

Bu sözləri AzNews.az-a açıqlamasında şair Tural Turan deyib.

O, bildirib ki, türk kökənli milli ay adlarını ilk dəfə özü təklif edib: “Beş il əvvəl bu təkliflə çıxış elədim, materiallar mediada da geniş şəkildə işıqlandırıldı. İki il ard-arda 1000 nüsxə ilə təqvim də hazırlamışıq, ictimaiyyətə təqdim olunub. İndi millət vəkili Tahir Kərimli parlamentdə təklif verib deyir ki, ay adları milliləşdirilsin. Tahir bəyə böyük hörmətim var, amma onun təqdim etdiyi ayların böyük əksəri mənim təqvimimdən götürülüb. Özünüz müqayisə edin. Sizcə bu qədər təsadüfmü olar?! Bir sözlə, mənimsəyib. Ən azı, müəllif hüquqlarının kobud şəkildə pozuntusudur. Heç olmasa, kimdən götürdüyünü, yararlandığını, mənimsədiyini deyərdi. Çünki bu təqvimi hazırlamaq aylarımı alıb. Qaynaqlara, mənbələrə baş vurmuşam.

Məsələ ilə bağlı deputat Tahir Kərimlidən açıqlama gözləyirəm”.

AzNews.az