Məşhur aktrisa 10 milyon dollardan imtina etdi - FOTO

Özünə pəhrizlə, vaxtını idman zalında keçirməklə əzab vermək istəmir.

8 ay əvvəl Hollivudun məşhur aktrisası, kinoulduz Kirsten Danst 36 yaşında oğul anası olub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki,aktrisa ötən ilin payızında ana olduqdan sonra 30 yaşlı həyat yoldaşı, aktyor Cessi Plemansla tədbirlərin birinə qatılıb.

Amma bu, o demək deyil ki, Kirsten artıq çəkilişlərə, mükafatlandırma mərasimlərinə yollanmağa tələsir.

Aktrisa "Uğur qazan" (Bring It On) sikvelinə 10 milyon müqabilində baş rola dəvət alsa da, bundan imtina edib. Çünki özünə pəhrizlə, vaxtını idman zalında keçirməklə əzab vermək istəmir. Hamiləlik dönəmində aldığı kilolardan yavaş-yavaş qurtulmaq istəyir.

Kirsten idmana nifrət edir, hazırda öz sakit həyatından həzz alır. Gərək prodüserlər onu çəkiliş meydançasına qaytarmaq üçün daha böyük məbləğ təklif etsinlər.

Xatırladaq ki, Kirsten 2000-ci ildə "Uğur qazan" filmində çirlider obrazını canlandırıb.

Fəridə Abdulla

AzNews.az