Əsərləri ərəb dilinə Dr. Əhməd Sami El-Aydi çevirib Əsərləri ərəb dilinə Dr. Əhməd Sami El-Aydi çevirib

Afaq Məsudun kitabı Misirdə nəşr olundu

Əsərləri ərəb dilinə Dr. Əhməd Sami El-Aydi çevirib

Yazıçı Afaq Məsudun “Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə nəşr olunub.

AzNews.az-ın məlumatına görə, Misirin nüfuzlu Milli Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Sərçələr”, “Qəza” , “Can üstə” , “Dovşanın ölümü” kimi hekayələri daxil edilib.

Əsərləri ərəb dilinə Azərbaycanşünas alim Dr. Əhməd Sami El-Aydi çevirib.

Ərəb oxucularına ilk dəfə təqdim olunan kitab barədə Misirin məşhur “Əl-Ahram”, “Elwatannews” qəzetləri, “Almasryalyoum.com”, “gate.ahram.org.eg” ədəbiyyat portallarında eləcə də Mərakeşin məşhur “AssiaPress” portalında geniş yazılar verilib.

AzNews.az