Əbülfəs Qarayevin təbrik məktubu təqdim edildi Əbülfəs Qarayevin təbrik məktubu təqdim edildi

Hacı İsmayılov 75 yaşını səhnədə qeyd etdi - FOTO

Əbülfəs Qarayevin təbrik məktubu təqdim edildi

Yanvarın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində xorvat yazıçısı Miro Havranın pyesi əsasında səhnələşdirilmiş “Qəribə, çox qəribə əhvalat” tamaşası nümayiş olunub.

AzNews.az-ın məlumatına görə, tamaşanın bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov, quruluşçu rejissoru Əlif Cahangirli, səhnə tərtibatçısı Xalq rəssamı Nazim Bəykişiyevdir.

Rollarda xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov, aktyor Ramin Şıxəliyev çıxış edir.

Ötən ilin yazından repertuarda olan tamaşanın budəfəki nümayişinin bir özəlliyi də vardı ki, əsas rollardan birini oynayan Xalq artisti Hacı İsmayılov ad günündə səhnəyə çıxıb.

Görkəmli aktyor 75 yaşını doğma teatrda, yarım əsrə yaxındır fəaliyyət göstərdiyi sənət ocağında tamaşaçılar qarşısında qeyd edib.

Tamaşanı seyr edənlər arasında Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, teatrın bədii rəhbəri-direktoru Azərpaşa Nemətov, yubilyarın sənət dostları, sənətsevərlər vardı.

Tamaşadan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri adından yubilyara təbrik məktubu və hədiyyə təqdim olunub.

Həmçinin sənətkara yubileyi münasibətilə mədəniyyət naziri Əbülfəs Qarayevin təbrik məktubu təqdim edilib.

Naziri Əbülfəs Qarayev Hacı İsmayılovu 75 illiyi münasibətilə təbrik edərək Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də sənətkarın “Şöhrət” ordeni ilə təltif olunması haqqında sərəncam imzaladığını diqqətə çatdırıb: “Biz sevinirik ki, görkəmli aktyorumuz 75 illik yubileyində səhnədə, tamaşaçıların qarşısındadır”.

Nazir sənətkara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.

AzNews.az

image description image description image description image description