Tamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğludur Tamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğludur

“Sonuncu” tamaşası təqdim edilib

Tamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğludur

Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı heyəti növbəti dəfə yazıçı Pərvin Nurəliyevanın əsəri əsasında hazırlanmış “Sonuncu” tamaşasını nümayiş etdirib.

AzNews.az-ın verdiyi məlumata görə, xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa ediblər.

Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxış bucağından yanaşmağa çalışıblar.

Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

AzNews.az