Tamaşanın bədii rəhbəri Əməkdar artist Sərvər Əliyevdir Tamaşanın bədii rəhbəri Əməkdar artist Sərvər Əliyevdir

İrəvan Teatrı qastrol səfərinə yola düşür

Tamaşanın bədii rəhbəri Əməkdar artist Sərvər Əliyevdir

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi fevralın 2-də “Ölüm həsrəti” tamaşası ilə Gəncə şəhərində qastrol səfərində olacaq.

AzNews.az-ın məlumatına görə, qastrol səfəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə həyata keçirilir.

Tamaş Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” əsəri əsasında hazırlaıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 2 fevral 2019-cu il tarixində yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” tamaşası ilə Gəncə şəhərində qastrol səfərində olacaqdır.

Tamaşanın bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artistlər Rəşid Rzayev, Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Güney Əliyeva, Səbinə İmamverdiyeva, Şəbnəm Cabrayılova, Gültac Əsgərova, Müdvər Nemətova, Səmayə İsmayılova, Elnarə Heydərova, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Natiq Həziyev, Əmrulla Nurullayev, Arzuman Tanrıverdiyev və Rövşən Cəfərov çıxış edəcəklər.

AzNews.az