Şair "Söz" layihəsi ilə tanınıb. Şair "Söz" layihəsi ilə tanınıb.

Nigar Həsənzadənin "Biləklər" adlı kitabının təqdimatı keçirildi

Şair "Söz" layihəsi ilə tanınıb.

Beynəlxalq Muğam Mərkəzində tanınmış azərbaycan şairi Nigar Həsənzadənin "Biləklər" kitabının təqdimatı keçirilib.

AzNews.az-ın məlumatına görə tədbirdə mədəniyyət nümayəndələri, ictimai xadimlər, şairin yaxınları və oxucular iştirak ediblər.

Nigar Həsənzadə çıxış edərək Azərbaycan Mədəniyyət Nazirliyinə, Beynəlxalq Muğam Mərkəzinə, "Asan" radionun kollektivinə və "Şərq-Qərb" nəşriyyatına minnətdarlığını bildirib. Daha sonra şair yeni kitabından şeirlər səsləndirib.

Qeyd edək ki, Nigar Həsənzadə Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan “Söz” ədəbi layihəsinin rəhbəridir.

AzNews.az