"Rəmişin səhhəti yaxşılaşıb" - Mənsum İbrahimov

"Xoşqədəm Baxşəliyeva və həkim Aytən Sultanova sağ olsun"

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti qaydasına düşüb.

AzNews.az xəbər verir ki, bu barədə xalq artisti Mənsum İbrahimov məlumat verib:

“Bu gün Təyyar Bayramovla gözəl sənətkarımız Rəmişi ziyarət elədik. Həkimlərin ciddi mualicəsi nəticəsində səhhəti yaxşılaşıb. Buna görə teleaparıcı Xoşqədəm Baxşəliyevaya və həkim Aytən Sultanovaya öz minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, yanvarın 27-də xalq artisti Rafiq Hüseynovun səhhəti ağırlaşıb. Ağciyərində oksgen çatışmayan sənətçi Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az