Mükafat hər il Gənclər və İdman Nazirliyi tərəfindən təqdim edilir Mükafat hər il Gənclər və İdman Nazirliyi tərəfindən təqdim edilir

Fərid Hüseynlə Çinarə Nüsrətliyə mükafat verildi

Mükafat hər il Gənclər və İdman Nazirliyi tərəfindən təqdim edilir

Azərbaycan Gənclər Günü münasibətilə ədəbiyyat üzrə şair Fərid Hüseyn və yazıçı Çinarə Nüsrətli diplomla təltif ediliblər.

AzNews.az-ın məlumatına görə, gənc yazarlar mükafata Azərbaycan Yazıçılar Birliyi tərəfindən təqdim olunublar.

AYB tərəfindən mükafata bir gənc şair və bir gənc yazıçının namizədliyi irəli sürülür. Mükafat hər il Gənclər və İdman Nazirliyi tərəfindən təqdim edilir.

Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən təntənəli mərasimdə 2018-ci ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, təhsil sahələrində fərqlənən gənclər təltif olunublar.

Bundan başqa, dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurlu fəaliyyəti ilə seçilən bir sıra gənclər təşkilatları da mükafatlara layiq görülüb.

AzNews.az