Əkbər Qoşalının imza günü keçiriləcək

12 illik fasilədən sonra...

Əkbər Qoşalının "Ürək daşı" şeirlər kitabının imza günü keçiriləcək.

AzNews.az-ın məlumatına görə, tədbir fevralın 9-da saat 15:00-da Bakıda, "Gəncliyə Yardım Fondu"nda baş tutacaq.

Əkbər Qoşalının 12 illik fasilədən sonra çap olunan şeirlər kitabının redaktoru, filologiya elmləri doktoru Almaz Ülvi, "Ön söz”ün müəllifi şair İbrahim İlyaslı, rəssamı isə Atabəy Tikantəpəlidir. Şeirlər toplusu "Sərbəstin meydanı”, "Aldı, görək, nə dedi..?”, "Səsləşmələr”, "Əsgərə, Turala, Ayxana”, "Uzun sözün qısası”, "İlk qələm örnəkləri” adlı altı bölmədən ibarətdir.

AzNews.az

image description