Müsabiqənin Novruz bayramı ərəfəsində başlanması gözlənilir Müsabiqənin Novruz bayramı ərəfəsində başlanması gözlənilir

İlqar Fəhmi “Muğam Müsabiqəsi”nin icraçısı oldu

Müsabiqənin Novruz bayramı ərəfəsində başlanması gözlənilir

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi “Muğam Televiziya Müsabiqəsi - 2019” layihəsinin icraçısı təyin olunub.

Bu barədə AzNews.az-a yazıçı özü məlumat verib.

O, bildirb ki, artıq 7-ci Müğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibi tam müəyyənləşib.

İlqar Fəhmidən başqa münsiflər heyətinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov da daxildir.

Müsabiqənin Novruz bayramı ərəfəsində başlanması gözlənilir.

Xatırladaq ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.

AzNews.az