"İki-üç aya başa gələsi iş deyil" "İki-üç aya başa gələsi iş deyil"

Amaliya Pənahovanın qəbirüstü abidəsi niyə hazırlanmayıb? - Səbəb

"İki-üç aya başa gələsi iş deyil"

Bakı Bələdiyyə Teatrı Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidəsinin hazırlanmaması məsələsinə aydınlıq gətirib.

Teatrın aktyoru, əməkdar artist Aydın Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, bununla bağlı hazırlıqlar gedir:

“Amaliya xanımın hələ ili çıxmayıb. Onun doğmaları var. Oğlu, qızı hazırlıq görür. Amaliya xanım həyat yoldaşının yanında dəfn olunub. Onun da qəbirüstü abidəsi həyat yoldaşının abidəsinə uğyun hazırlanacaq. Bu da vaxt aparan işdir, iki-üç aya başa gələsi iş deyil".

Qeyd edək ki, xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova noyabr ayında dünyasını dəyişib. Ölkə mətbuatında isə Amaliya Pənahovanın dəfnindən 3 aydan çox vaxt keçməsinə baxmayaraq, onun qəbirüstü abidəsinin hələ də hazırlanmaması ilə bağlı məlumat dərc olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az