Nəsimiyə ithaf olunan müsabiqə keçiriləcək

Müsabiqə aprel ayında başlayacaq

ADMİU-da İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” ali məktəblərarası bədii qiraət müsabiqəsi keçiriləcək.

AzNews.az-ın məlumatına görə, iki nominasiya üzrə təşkil olunacaq müsabiqədə ADMİU-nun məzunları və tələbələri və digər universitetlərin tələbələri iştirak edə bilər.

Müsabiqə aprel ayında başlayacaq.

Qiraət müsabiqəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Nəsimi ili”nə töhfə vermək üçün hazırladığı tədbirlər planının bir hissəsidir.

“Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər ilin sonuna qədər davam edəcək. Payız aylarında universitetdə şairin yaradıcılığına həsr olunmuş “Cahana sığmayan şair” adlı elmi-praktiki konfrans keçiriləcək.

Bununla yanaşı, ilin sonlarına doğru ADMİU-da İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş tamaşanın hazırlanması da nəzərdə tutulub. Həmçinin universitetin professor-müəllim heyəti və tələbələri il ərzində Nəsiminin ədəbi irsi ilə bağlı tədqiqatlar aparacaq, simpozium, konfrans və seminarlarda iştirak edəcək.

AzNews.az