"Axşamlar tək yatıram, çətindir..." - "Dədə Süleyman"

"Qadından əvvəl kişi ölsə, yaxşıdır"

Bu gün Azərbaycanın sevilən xanəndəsi "Dədə Süleyman"ın (Süleyman Abdullayev) doğum günüdür.

80 yaşlı sənətkar AzNews.az-a açıqlamasında doğum günü təəssüratlarını bölüşüb:

“Yubileyimdir. Səhər tezdən iki dostum zəng edib təbrik edib, vəssalam. Heç bir televiziyadan, radiodan dəvət almamışam. Açığı, heç gözləmirəm də. Evdəyəm, həyat yoldaşım iki il qabaq dünyasını dəyişib, axşam da qızım gələcək. Onlara demişəm ki, ad günümü keçirmək istəmirəm. Hələ Qarabağ alınsın, sonra baxaram. Yaxşı dostlarım var. Onlar mənim hər il ad günümü keçiriblər”.

Dədə Süleyman qeyd edib ki, haçansa özünə ad günü keçirəcək: “90 yaşıma qalmaq fikirim yoxdur. Düzdür, hər şey Allahın əlindədir. Tək yaşayıram, uşaqlar darıxmağa qoymurlar. Axşamlar da tək yatıram, çətindir. Yaşımın elə vaxtıdır ki... Qadından əvvəl kişi ölsə, yaxşıdır. Biz rəhmətliklə bir-birimizi çox istəyirdik”.

Bahar RÜSTƏMLİ
AzNews.az