Sərgidə 20-dən artıq gəncin əl işi və rəsmləri təqdim olunacaq Sərgidə 20-dən artıq gəncin əl işi və rəsmləri təqdim olunacaq

“Yaradıcı gənc əllər” adlı rəsm sərgisi keçiriləcək - Bakıda

Sərgidə 20-dən artıq gəncin əl işi və rəsmləri təqdim olunacaq

Xətai Sənət Mərkəzində martın 2-də “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi açılacaq.

AzNews.az-ın məlumatına görə, sərgi Azərbaycan Respublikasının Gənclər Fondu və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Məqsəd ölkəmizin yaradıcı gənclərinin tanınmasına xidmət, əl işlərinin nümayişi və yaradıcı gənclərə bu sahədə dəstək olmaqdır.

Sərgi müddətində müxtəlif əl işlərindən ibarət stendlər, o cümlədən rəsm əsərləri, muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən rəsmləri görmək mümkün olacaq.

Sərgidə 20-dən artıq gəncin əl işi və rəsmləri təqdim olunacaq.

Bundan əlavə, Koreya Respublikasına aid bəzək əşyaları, jurnallardan ibarət guşə, bu ölkənin milli geyimi olan “Hanbok”un nümayişi də nəzərdə tutulur. Bununla da gələn qonaqlar təkcə Azərbaycan mədəniyyəti motivləri ilə deyil, dost ölkənin mədəniyyətinə aid nümunələr ilə də yaxından tanış olacaqlar.

Sərgi çərçivəsində gənc ifaçılar royal və skripkada müxtəlif musiqi nömrələri ifa edəcəklər. Layihənin rəhbəri Nigar Yusupovadır.

AzNews.az