"Toksikologiya şöbəsinə yerləşdirdik". "Toksikologiya şöbəsinə yerləşdirdik".

Xəstəxanaya düşən xalq artistinin həyat yoldaşı - "günah həkimlərdədir"

"Toksikologiya şöbəsinə yerləşdirdik".

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyevanın həyat yoldaşı onun səhhətindən danışıb.

Aktrisanın həyat yoldaşı AzNews.az-a açıqlamasında Naibə Allahverdiyevanın vəziyyətinin ağırlaşmasında həkimləri ittiham edib:

“Hamısı həkimlərin səhlənkarlığı nəticəsində baş verib. Həkimlər ona sistem köçürüb, Naibə də sistemdən şoka düşüb. Təcili olaraq xəstəxananın toksikologiya şöbəsinə yerləşdirdik. Orada ilkin yardım göstərildikdən sonra evə gətirdim”.

Aktrisanın həyat yoldaşı bildirib ki, hazırda Naibə Allahverdiyevanın vəziyyəti ağırdır.

Bahar RÜSTƏMLİ

AzNews.az