Filmin bədii rəhbəri Elçin Musaoğlu, prodüseri Müşfiq Hətəmovdur Filmin bədii rəhbəri Elçin Musaoğlu, prodüseri Müşfiq Hətəmovdur

Azərbaycan filmi beynəlxalq festivalda

Filmin bədii rəhbəri Elçin Musaoğlu, prodüseri Müşfiq Hətəmovdur

“Balaca” qısametrajlı bədii filmi İtaliyada keçirilən Cortisonici film festivalının beynəlxalq müsabiqə mərhələsinə dəvət alıb.

AzNews.az-ın məlumatına görə, film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilib.

Ekran əsərinin ssenari müəllifi və rejissoru Ruslan Ağazadə, operatoru Orxan Ağazadə, rəssamı Sultan Sultanov, icraçı prodüseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu, prodüseri Müşfiq Hətəmovdur.

Rolları Qüdrət Əsəd, Nərmin Həbibova, Elman Şeydayev, Səyyad Əliyev və başqaları canlandırıblar.

AzNews.az