"Heç də xoşbəxtliyə doğru getmirsən" "Heç də xoşbəxtliyə doğru getmirsən"

“Hər ad günü özü ilə problemlər gətirir” - Firuz Mustafa

"Heç də xoşbəxtliyə doğru getmirsən"

Bu gün yazıçı-dramaturq Firuz Mustafanın doğum günüdür.

67 yaşlı yazıçı AzNews.az-a açıqlamasında doğum günü təəssüratlarını bölüşüb:

“Doğum günü mənim üçün sıradan bir gündür. Heç vaxt ad günümü təntənəli şəkildə qeyd etməmişəm. Çünki belə mərasimləri qətiyyən sevmirəm. Həm də anam təzə dünyasını dəyişib. Hələ onun yoxluğu ilə barışa bilmirəm”.

Firuz Mustafa qeyd edib ki, hər ad günü özü ilə problemlər gətirir:

“Çox dərd çəkirsən, fikirləşirsən ki, yaşadıqca heç də xoşbəxtliyə doğru getmirsən. Arxada qalan illər çoxalır, öndə gələn illər isə azalır”.

Bahar RÜSTƏMLİ
AzNews.az