"Keçirdiyim bu hal orqanizmimdə öz fəsadlarını buraxmaqdadır" "Keçirdiyim bu hal orqanizmimdə öz fəsadlarını buraxmaqdadır"

İynədən şoka düşən xalq artisti: "Həyatım təhlükəyə atıldı"

"Keçirdiyim bu hal orqanizmimdə öz fəsadlarını buraxmaqdadır"

“Savadlı”, “peşəkar” həkim sayəsində həyatım təhlükə altına atıldı”.

AzNews.az xəbər verir ki, bunu xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa bildirib ki, həkim səhlənkarlığı nəticəsində keçirdiyi şok onun orqanizmində bir çox fəsadlar yaradıb:

“Digər xəstəxananın peşəkarları sayəsində xilas oldum. Amma keçirdiyim bu hal orqanizmimdə öz fəsadlarını buraxmaqdadır. Allah belə həkimlərdən uzaq etsin".

Qeyd edək ki, xalq artisti Naibə Allahverdiyevanın səhhəti pisləşib. Aktrisa ona vurulan iynədən şoka düşüb.

Bahar RÜSTƏMLİ
AzNews.az