"Anarla görüşəcəyik". "Anarla görüşəcəyik".

Üç rəngli bayrağımız Şuşada dalğalansın - 87 yaşlı xalq şairi

"Anarla görüşəcəyik".

Bu gün xalq şairi Nəriman Həsənzadənin 87 yaşı tamam olur.

Doğum günü ilə bağlı AzNews.az-a açıqlama verən şair əsas arzusunu da dilə gətirib:

“Azərbaycan inkişaf edir, ordumuz güclənir. Bu da mənim əhval-ruhiyyəmə ovqat qatır. Dünəndən təbrik zəngləri dayanmır, bir-birinə çalanır. Şairə nə lazımdır? Əsas odur ki, unudulmayasan. Bəzi adamlar yaş artdıqca müxtəlif şeylər fikirləşir. Amma mənim belə şeyləri fikirləşməyə vaxtım yoxdur. O qədər yazılası düşüncələrim var ki. Mənim bu yaşda bircə arzum var: torpaqlar alınsın, qaçqınlar öz evlərinə, yurdlarına qayıtsınlar. Üç rəngli bayrağımız Şuşada dalğalansın, prezidentimiz də oradan xalqı alqışlasın. Mən də həmin kürsüdən bir şeir deyim. Əsas Azərbaycan xalqının rahat yaşamasıdır”.

Nəriman Həsənzadə qeyd edib ki, doğum günü ilə bağlı Yazıçılar Birliyinin sədri Anarla görüşəcək:

“Anar müəllim belə məsələlərə həssasdır. Onunla görüşəcəyik”.

Bahar RÜSTƏMLİ

AzNews.az