"O günü mən görməsəm də nəvələrim görəcək” "O günü mən görməsəm də nəvələrim görəcək”

"Bir qazan aş bişəcək..." - Arif Babayev doğum günündə nə arzuladı?

"O günü mən görməsəm də nəvələrim görəcək”

Bu gün xalq artisti, tanınmış muğam ifaçısı Arif Babayevin ad günüdür.

Xanəndə AzNews.az-a açıqlamasında arzularını bölüşüb:

“Azərbaycanın azadlığını, Qarabağın tezliklə qayıtmasını istəyirəm. Həmişə əmin-amanlıq olsun. Dərdimiz ürəyimizdədir. İnanırıq ki, Qarabağ qayıdacaq. O günü mən görməsəm də nəvələrim görəcək”.

Xalq artisti deyib ki, ad gününü evdə ailəsi ilə birlikdə qeyd edəcək:

“Yubileylərim yüksək səviyyədə keçirilib. Bu gün evdəyəm, bütün ailəm də başımda. Bir qazan aşdan-zaddan bişəcək, olacaq ad günü. Əsas odur ki, ayaqdayam, səhnədəyəm. İnşallah, ölməsəm, sağ qalsam, bir də 90 illiyimi keçirəcəm. Tələbələrim məni təbrik edirlər, hamısına "çox sağ ol" deyirəm, çan sağlığı arzulayıram. Bilirəm ki, məni çox istəyirlər. Açığı, bu istək qarşılıqlıdır”.

Arif Babayev səhhətinin yaxşı olmadığını da deyib:

“Əhvalım yaxşı deyildi. Əməliyyat olunmuşam. Şükürlər olsun, indi yaxşıyam”.

Bahar RÜSTƏMLİ
AzNews.az