Bu təşkilatın həmişə bir katibliyi olub. Bu təşkilatın həmişə bir katibliyi olub.

Azərbaycan Yazıçılar Birliyi: Bizdə belə katiblik olmayıb

Bu təşkilatın həmişə bir katibliyi olub.

Son vaxtlar bəzi mətbuat orqanlarında guya bir vaxtlar Yazıçılar İttifaqında Cənubi Azərbaycan katibliyinin olması haqqında yanlış məlumatlar yayılır. Sonralar Birlik adlanan Yazıçılar İttifaqında heç bir vaxt ayrıca Cənubi Azərbaycan katibliyi olmayıb”.


Bunu Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza deyib.

Onun sözlərinə görə, bu təşkilatın həmişə bir katibliyi olub:

“Bu təşkilatın həmişə bir katibiyi olub. O həm Şimali, həm də Cənubi Azərbaycan ədəbiyyatıyla məşğul olub. 1981-ci ildə iyunun 12-13 də Azərbaycan Yazıçılarının Qurultayında Cənubi Azərbaycan ədəbiyyatının ən nüfuzlu nümayəndəsi, Xalq şairi Balaş Azəroğlu İttifaqın katiblərindən biri seçildi. Katiblər arasında iş bölgüsü aparanda Balaş müəllimə Cənubi Azərbaycan ədəbiyyatı məsələləriylə məşğul olmaq həvalə edildi”.

Xəyal Rza bildirib ki, hazırda Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı iş Birliyin birinci katibi, Xalq şairi Fikrət Qocaya tapşırılıb:

“Birlikdə Cənubi Azərbaycan ədəbiyyatı üzrə məsləhətçi Sayman Aruz da səmərəli fəaliyyət göstərir. Çox sayda Cənubi Azərbaycan yazıçıları Birliyimizin fəxri üzvləridir, əsərləri ədəbi orqanlarımızda geniş çap olunur”.

AzNews.az